Bakı polisi xarici vətəndaşların yaşadığı mənzillərdən oğurluq etmiş şəxsi saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev saxlanılıb. O, ötən yay qanunsuz yolla İtaliya vətəndaşı Bariaççi Simon Serqtonun mənzilinə girərək oradan 300 manat və 50 avro, Uklrayna vətəndaşı Valeriya Skripniçenkonun mənzilindən isə 300 manat oğurlayıb.
Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov