Rusiya və ya Azərbaycanla sanksiyalar dili ilə danışmaq qəbuledilməzdir. Belə bəyanatla İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri, Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Roqozin bazar ertəsi Bakıda hökumətlərarası komissiyanın 14-cü iclasının açılışında çıxış edib.
“İstər Rusiya, istər Azərbaycan, istərsə də başqa ölkələrlə olsun, sanksiyalar dilində danışmaq qəbuledilməzdir. Sanksiyaların hər zaman bumeranq effekti var. Bumeranq həmişə onu atanın özünə qayıdır. Və əgər dünyada kimsə hesab edirsə ki, dünyanı xaosa salmaq və xaosu idarə etmək olar, o, yanılır”,- deyə D.Roqozin qeyd edib.
R.Babayev