Sentyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında orqan və vokal musiqisi konserti olacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Konsert Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində filarmoniyanın kamera və orqan musiqisi zalında təşkil olunacaq.
Filarmoniyanın səhnəsində rusiyalı musiqiçilər Aleksandr Novosyolov (orqan) və Lyudmila Trifonova (mezzo-soprano) çıxış edəcəklər.
A.Zeydullayeva