2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan 5 mlrd. 475 mln. 504,5 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə $225 mln. 242,14 min məbləğində rəsmiləşdirilmiş qaz ixracı 1 mlrd. 324 mln. 589,55 min kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
N.Abbasova