Almaniya hökuməti Krımda keçirilən parlament seçkilərinin nəticələrini tanımaq niyyətində deyil. Bu barədə bazar ertəsi Almaniya hökumətinin mətbuat katibi Şteffen Zaybert bəyan edib.
“Rusiyanın Krımı ilhaq etməsi beynəlxalq hüquq normalarına ziddir və Almaniya Krımın Dövlət Şurasına seçkiləri tanımır”, - deyə o, Berlində keçirilən brifinqdə bildirib.
Xəbər verildiyi kimi,“Yedinaya Rossiya” partiyası Krımın Dövlət Şurasına seçkilərdə bülletenlərin təxminən üçdə iki hissəsinin hesablanması zamanı 70,47% səs toplayıb. Bundan başqa, 8,28% nəticə ilə Rusiya Liberal-Demorkat Partiyası Dövlət Şurasına üzv seçilir.