2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM-in həcmi 39 mlrd. 171,6 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə qeyri-neft sektorunda ÜDM-in həcmi 6,3% - 22 mlrd. 456,9 mln. manata qədər artıb, xüsusi çəki 57,3% təşkil edib.
Yanvar-avqust aylarında neft-qaz sahəsində ÜDM-in həcmi 2,6% azalıb.
ÜDM strukturunda 45% sənaye, 11,8% tikinti, 5,1% kənd təsərrüfatı, 9,9% ticarət və pullu xidmətlər, 4,9% nəqliyyat, 1,7% informasiya və rabitə, qalanı sosial və digər xidmətlərin payına düşüb.
Cari ilin yanvar-avqust aylarının yekunları üzrə adambaşına ÜDM 4 170,3 manat ($5 317,3) təşkil edib, bu isə 2013-cü ilin analoji dövrünün göstəricisindən 1,1% çoxdur.
2014-cü ildə Azərbaycan hökuməti ÜDM artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2013-cü ildə respublikada ÜDM 5,8% artıb.
N.Abbasova