Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası Bərabərlik və qeyri-diskriminasiya komitəsi ilə İtaliya Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi konfransda iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Bu məqsədlə deputat sentyabrın 16-dan 20-dək İtaliyada səfərdə olacaq.
Roma şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, Qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsi, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi və xüsusi mexanizmlərin yaradılması barədə fikir mübadiləsi aparılacaq.
R.Babayev