Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-avqust aylarında 261 cinayət xarakterli gömrük qanun pozuntusu faktı qeydə alıb. Bu barədə DGK-nın məlumatında qeyd edilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 166 fakt qeydə alınıb. Qalan faktlar digər cinayət xarakterli qanun pozuntularının payına düşür.
DGK-nın məlumatına əsasən, 2014-cü ilin yanvar-avqust aylarında 301 nəfər qanun pozuntusuna yol verib.
Həmin dövrdə DGK inzibati xarakterli 6231 qanun pozuntusu faktı, cümlədən gizli daşınma üzrə 138 fakt, bəyan edilməmiş məhsulların daşınması üzrə 162 fakt, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 5126 fakt və digər qanun pozuntuları qeydə alınıb.
N.Abbasova