Sentyabrın 20-də Bakı məktəblərinin müəllimləri üçün sınaq qiymətləndirilməsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Sınaq qiymətləndirilməsi 10-13 iyun tarixlərində üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən müəllimlər üçün Bakı şəhərinin 47 və 258 saylı orta məktəblərində keçiriləcək.
A.Zeydullayeva