2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 5 mlrd. 194,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında həyata keçirilən işlərin 64,2%-i tikinti, yenidənqurma və genişləndirmə işlərinin, 17,2%-i əsaslı təmir, 5,7%-i cari təmir, 12,9%-i digər tikinti işlərinin payına düşüb.
Hesabat dövründə tikinti işlərinin 80,6%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
A.Axundov