2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanın rabitə və poçt müəssisələri 988,9 mln. manat məbləğində xidmət göstəriblər ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,6%-nin istifadəçiləri fiziki şəxslər olub, onlara 717,9 mln. manat məbləğində xidmət göstərilib.
2014-cü ilin yanvar-avqust aylarında rabitə xidmətlərinin ümumi həcminin 60,2%-i və ya 595 mln. manat (artım 8%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.
N.Abbasova