2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 145,5 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2014-cü ilin avqust ayında Azərbaycanda 159 min kvadratmetr mənzil sahəsi istismara verilib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 5,680 min yerlik (artım 2,3%) orta ümumtəhsil məktəbləri istifadəyə verilib.
Bundan başqa, hesabat dövründə 892 yerlik məktəbəqədər təhsil müəssisələri (artım 14,8%) və 200 yerlik xəstəxanalar ( azalma 2,4%) istifadəyə verilib.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 138,8 min kvadratmetr təşkil edib.
A.Əzizov