Bakıda Heydər Əliyev Mərkəzində məşhur fransız rəssam Bernar Buffenin fərdi sərgisi keçiriləcək. Bu barədə mərkəzin saytında məlumat verilir.
Sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi əsərlər nümayiş etdiriləcək.
Bernar Buffe İkinci Dünya müharibəsindən sonra hökm sürən ab-havanı və melanxolik, monoxrom əhval-ruhiyyəni əks etdirən əl işləri ilə məşhurlaşıb. O, özünün dəqiq ifadə edilmiş rəsm üslubu ilə məşhurdur. Rəssamın yaradıcılığı neorealist tendensiyalara yaxın olsa da, tənqidçilər onu mizerabilizm cərəyanına aid edirdilər, həmin illərdə B.Buffe bu cərəyanın əsas fiqurlarından biri idi.
Parkinson xəstəliyindən əziyyət çəkən rəssam istədiyi kimi işləyə bilmədiyinə görə 1999-cu ildə 71 intihar edib.
A.Zeydullayeva