2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 13 mlrd. 599,4 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 6 mlrd. 836 mln. manatlıq ərzaq (2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə artım 3,5%), 6 mlrd. 763,4 mln. manatlıq qeyri-ərzaq malları alıb (artım 15,4%).
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinə 4 mlrd. 116,8 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,3% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 75,1%-i və ya 3 mlrd. 94,4 mln. manatı hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,1%).
N.Abbasova