Rusiyanın iqtisadi artım tempinin ləngiməsi Ermənistan iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edəcək. Bu məlumat “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyinin icmalında verilir.
“Moody`s” Ermənistanda ÜDM-in 2014-cü ildə artım proqnozuna yenidən baxaraq 3,2%-dən 2,1%-ə, 2015-ci ildə 3,6%-dən 2,3%-ə qədər azaldıb. Göstəricilərin pisləşməsi həm də I yarımillikdə netto-ixracın gözlənildiyindən daha kəskin azalması ilə bağlıdır.
“Bununla yanaşı, Ermənistan hökumətinin makroiqtisadi sabitlik və konservativ vergi-büdcə siyasətinə sadiq qalması ölkənin reytinqinə (Ba2”, proqnoz “sabit”dir) dəstək göstərir”,- deyə agentlik bildirir.