SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın 7 və Bakının 6 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar səhər saatlarından 17.00-dək Xaçmaz, saat 18.00-dək Zərdab, Lənkəran, Siyəzən, Qaradağ, Şəmkir, Qazax və Gədəbəy rayonlarının bir hissəsinin qaz təchizatına məhdudiyyətlər qoyulub.
Bakıda səhər saatlarından 13.00-dək Nərimanov, saat 17.00-dək Xətai və Suraxanı, saat 18.00-dək Qaradağ və Xəzər, işlər başa çatanadək isə Səbail rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
N.Abbasova