Təhsil naziri Mikayıl Cabbarov
sentyabrın 22-də Qusarda qəbul keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, M.Cabbarov Qusarda Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 19-na qədər qeydiyyatdan keçməlidirlər.
A.Zeydullayeva