Sentyabrın 18-19-da Azərbaycanda "Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı” adlı təntənəli tədbir keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir "Xalq Yaradıcılığı Paytaxtları" proqramının reallaşdırılması çərçivəsində keçirilir.
Bu tədbir çərçivəsində Qəbələdə "Gənc şairlər" ədəbi məclisi təşkil olunacaq. Məclisdə tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak edəcəklər.
Sentyabrın 25-26-da Balakəndə "Folklor paytaxtı", oktyabrın 3-də isə Abşeronda "Sənətkarlıq paytaxtı" tədbirləri keçiriləcək.
Layihənin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin və regionların turizm potensialının tanıdılmasıdır.
A.Zeydullayeva