İran prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak edəcək. Bu barədə İran KİV-ləri hökumətin rəsmi nümayəndəsinə istinadən məlumat yayıblar.
BMT Baş Assambleyasının 69-cu sessiyası bir gün əvvəl işə başlayıb. Sessiyada ümumi siyasi diskussiyalar sentyabrın 24-dən oktyabrın 7-nə qədər keçiriləcək.
Çıxış edənlərin ilkin siyahısına əsasən, ikinci gün - sentyabrın 25-də günün birinci yarısında İran, Slovakiya, Ukrayna, Misir, Xorvatiya, İsveç və İtaliya prezidentlərinin çıxışları planlaşdırılıb.
İranın xarici işlər naziri Cavad Zərif artıq Nyu-Yorkdadır və o, çərşənbə günü Avropa Birliyinin xarici işlər və
təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcək.
C.Zərif və K.Eştonun danışıqları beynəlxalq vasitəçilərdən ibarət “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) və İran arasında danışıqların sentyabrın 19-da başlanan 7-ci raundu ərəfəsində baş tutacaq.