Çərşənbə günü Milli Məclisin sədr müavini Valeh Ələsgərov Almaniya Buntestaqının İqtisadi inkişaf komitəsinin sədri Daqmar Vöhrl və İqtisadiyyat və energetika komitəsinin sədri Peter Ramsauer ilə Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər. Bu barədə Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilir.
V.Ələsgərov iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərarası münasibətlərin xüsusi rolunu qeyd edib, almaniyalı həmkarları Azərbaycanın siyasi-iqtisadi həyatının inkişafı ilə tanış edib, onlara Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumat verib. Vitse-spiker problemin tezliklə həlli məqsədilə beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb.
D.Vöhrl, öz növbəsində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə sıx əlaqələrin mövcudluğunu qeyd edib.
R.Babayev