Samux rayonunda qadınların ictimai-siyasi fəallığı və karyera mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Konfransda “Dünyada və Azərbaycanda qadın” mövzusu müzakirə edilib, qadınların bələdiyyə seçkilərində iştirakı məsələləri xüsusi yer tutub.
“Bizim 25 bələdiyyədən cəmi ikisinə qadınlar sədrlik edir. Biz istəyirik bu seçkilərdə qadınlar daha aktiv olsunlar və qadın sədrlərin sayı artsın”, – deyə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının aparat rəhbəri Sevinc Xəlilova bildirib.
Həmçinin konfransda zərif cinsin nümayəndələrinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, təkliflər irəli sürülüb. Gender bərabərliyi, o cümlədən Samux rayonunun qadınları arasında fəallığın artırılması kimi məsələlərlə bağlı diskussiyalar aparılıb.
F.Mehdiyev