SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rumıniyada yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“YDM Rumıniyanın Macarıstanla sərhədində yerləşən Arad şəhərində istifadəyə verilib. Bu, həmin şəhərdə “SOCAR” brendi ilə fəaliyyət göstərəcək ilk yanacaqdoldurma məntəqəsidir”, - deyə məlumatda qeyd edilir.
Bu məntəqə nəzərə alınmaqla, Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 30-a çatıb. Hazırda Rumıniyanın 13 regionunda “SOCAR” brendi ilə YDM fəaliyyət göstərir.
Xəbər verildiyi kimi, SOCAR Rumıniyada 2011-ci ildən fəaliyyət göstərir. O vaxtdan etibarən bu ölkədə YDM şəbəkəsinin yaradılmasına şirkət 50 mln. avro investisiya yatırıb. 2014-cü ildə SOCAR-ın bu ölkədə öz brendi altında YDM şəbəkəsinin genişlənməsinə investisiyaları 50 mln. avro təşkil edəcək.
N.Abbasova