SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə axşamı Azərbaycanın 2 və Bakının 1 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir işlərinin aparılması ilə əlaqədar səhər saatlarından 18:00-dək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
Bundan başqa, Bakıda səhər saatlarından 17:00-dək Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına məhdudiyyətlər qoyulub.
N.Abbasova