Bakı Şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyası bu gün səhər paytaxtda sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat verir.
“Qəza Bakı dairəvi yolunda baş verib. Biz dərhal hadisə yerinə 5 təcili yardım briqadası göndərdik. Xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə
stansiyanın baş həkimi Mürsəl Həmidov bildirib.
Onun sözlərinə görə, xəsarət alanlara hadisə yerində də yardım göstərilib. Stansiyaya qəza barədə məlumat saat 11:04-də daxil olub.
Qəza “Daewoo” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük maşınının toqquşması nəticəsində baş verib.
A.Zeydullayeva