Heydər Əliyev Fondu sentyabrın 27-28-də Afinada Azərbaycan mədəniyyəti günləri keçirəcək. Bu barədə fondun rəsmi saytında məlumat verilir.
Tədbirin məqsədi Azərbaycanın tarixi-mədəni irsinin xaricdə təbliği, iki ölkə arasında mədəni əlaqələrin qurulması və möhkəmlənməsidir.
Mədəniyyət günləri çərçivəsində “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı nəzərdə tutulub.
Bundan başqa, Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti təşkil olunacaq.
Heydər Əliyev Fondu Rusiya, Almaniya, Fransa, İtaliya və digər ölkələrdə bu cür tədbirlər keçirib.
A.Zeydullayeva