“Rus muzeyi: virtual filial” İnformasiya Təhsil Mərkəzinə gələnlər Sankt-Peterburqda keçirilən “ARTkino” VI Ümumrusiya qısametrajlı müəllif filmləri festivalında virtual olaraq iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bu, MDB-də ən böyük qısametrajlı film festivallarından biridir və “Bütün Rusiyadan ən yaxşı qısametrajlı film” devizi altında təşkil olunub.
Festivalın təşkilatçıları Rusiya Dövlət Muzeyi və “İncəsənət dünyası” yaradıcılıq birliyidir.
4 gün ərzində bakılılar Rusiya və xarici kinematoqrafçıların mövzu üzrə dörd proqramda birləşdirilmiş 25 filminə tamaşa ediblər.
Filmlərin nümayişindən sonra onlar qiymətləndirmədə iştirak ediblər. Hər bir tamaşaçının səsi “Tamaşaçıların rəyi əsasında ilin ən yaxşı qısametrajlı filmi” nominasiyasında festivalın qalibini müəyyən edərkən nəzərə alınacaq.
Festivala sentyabrın 23-də Moskvada yekun vurulacaq.
A.Zeydullayeva