Cümə günü prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki ilə görüşü zamanı 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinə yüksək qiymət verilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb.
Bundan başqa, görüşdə idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
R.Babayev