Şamaxı rayonunda baş verən yol-nəqliyyat hadisəsi 4 nəfərin ölümünə səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Merсedes” markalı minik maşınının “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin hadisə yerində həlak olub.
FHN-in əməkdaşlarının əzilmiş avtomobildən çıxardıqları cəsədlər Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
Bu arada yerli mətbuatın məlumatına görə, Gəncədə “Mercedes” markalı avtomobil yolu keçmək istəyən ər-arvadı vurub. Sonra isə hərəkətdə olan “Hyundai” və yolun kənarında dayanmış “Mercedes” markalı avtomobillərə çırpılıb.
Kişi aldığı xəsarətlərdən hadisə yerində, qadın isə təcili yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.
F.İsazadə