Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Belə ki, Azərbaycan hərbçiləri sentyabrın 22-dən 26-dək Tbilisidə "Eternity - 2014" kompüter dəstəkli komanda-qərargah təlimində iştirak edəcəklər.
Bundan başqa, hərbçilər sentyabrın 23-dən oktyabrın 2-dək Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramında iştirak edəcəklər.
F.İsazadə