Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviaşirkəti gələn ildən Bakı, Tiflis və Dar es-Salama uçuşlar təşkil etməyi planlaşdırır. Bu barədə ərəb KİV-ləri məlumat verir.
Məlumata əsasən, sürətlə inkişaf edən Cənubi Qafqaz regionu “Etihad Airways” şirkətinin işlədiyi əsas istiqamət olacaq və 2015-ci il oktyabrın 1-dən şirkətin “Airways A320” tipli təyyarələri həftədə 4 dəfə Azərbaycanın, oktyabrın 2-dən həftədə 3 dəfə Gürcüstanın paytaxtına uçuşlar həyata keçirəcək.
“Hər iki şəhər öz gözəlliyi və qonaqpərvərliyi, füsunkar botanika bağları və parkları, eləcə də tarixi abidləri, muzey və qalereyaları ilə məşhurdur”,- deyə məlumatda qeyd edilir.
F.Hüseynzadə