Şəki rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində 20-dən artıq şəxs xəsarət alıb. Bu barədə ANS telekanalının saytında məlumat verilir.
Bazar günündən bazar ertəsinə keçən gecə Şəkinin Biləcik kəndi ərazisindən keçən Şəki-Qax avtomobil yolunda Balakəndə keçirilən toy məclisindən qayıdan “Mercedes” markalı mikroavtobus qarşısına qəflətən çıxan atı vurub.
Nəticədə sürücü idarəetməni itirib və mikroavtobus yolun kənarına aşıb.
Sürücü ilə birgə 22 nəfər xəsarət alıb, onlar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər evə buraxılıb.
R.Babayev