Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev Polşada keçirilmiş “Geopetrol-2014” adlı beynəlxalq elmi-texniki konfransda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Krakov Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransın məqsədi neft-qaz sahəsində yeni istiqamətlərdə aparılan elmi-tədqiqat nəticələrini təqdim etmək və müvafiq müzakirələr aparmaq idi.
Tədbir Avropa İttifaqına daxil olan, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrinin müvafiq təşkilat və mütəxəssisləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edir.
A.Zeydullayeva