Prezident İlham Əliyev bazar ertəsi Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident mərasimdə çıxış edib.
Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq da çıxış ediblər.
İ.Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.
R.Babayev