Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycana səfərini uğurlu adlandırıb.
“Azərbaycana səfərim çox uğurlu oldu. Səfər zamanı biz münasibətlərimizə qiymət verdik. Hesab edirik ki, dövlətlərarası münasibətlərimiz cəmi bir neçə il ərzində uğurlu əməkdaşlığın unikal nümunəsidir”, - deyə M.Cukanoviç “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan Monteneqro üçün “etibarlı dost və məsuliyyətli tərəfdaşdır”.“Dostluqdan danışarkən, vurğulamaq istərdim ki, dövlətlərimiz arasında mövcud olan yaxınlıq vətəndaşlar arasında münasibətlərə getdikcə daha sirayət edir. Tərəfdaşlıq barədə danışanda isə xatırladım ki, 4 ildən az müddət ərzində Azərbaycanla bütün sahələrdə, daha çox iqtisadiyyat sahəsində daha artıq dövr ərzində digər dövlətlərlə malik olmadığımız nəticələr əldə etmişik”, - deyə baş nazir vurğulayıb.
“Dostluqdan danışarkən vurğulamaq istərdim ki, dövlətlərimiz arasında mövcud olan yaxınlıq vətəndaşlar arasında münasibətlərə getdikcə daha çox sirayət edir. Tərəfdaşlıq barədə danışanda isə xatırladıram ki, 4 ildən az müddət ərzində Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində daha artıq dövr ərzində digər dövlətlərlə malik olmadığımız nəticələr əldə etmişik”, - deyə baş nazir vurğulayıb.
M.Cukanoviç bəyan edib ki, tərəflərin gələcək əməkdaşlığın və dövlətlərarası münasibətlərin prioritet istiqamətlərini razılaşdırması az əhəmiyyət kəsb etmir.
“Beləliklə, Azərbaycana səfərimə yekun vurarkən cəsarətlə bəyan edə bilərəm ki, ölkələrimiz qarşısında dövlətlərarası münasibətlərin təkmilləşdirilməsinin aydın və etibarlı gələcəyi durur. Səfərin özü də bunu təsdiq edir”, - deyə monteneqrolu baş nazir qeyd edib.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz.
F.İsazadə