Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 30 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 50 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 85 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Şamaxıda baş verib. Burada yük maşını ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər həlak olub.
C.Həmidov