Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi ABŞ-a işgüzar səfərə yola düşüb. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak edəcək.
Səfər çərçivəsində nazirin sessiyanın ümumi müzakirələr hissəsində çıxışı, BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşüləri nəzərdə tutulub.
F.İsazadə