Fələstin lideri Mahmud Abbas İsraillə sülh danışıqlarının yeni vaxt qrafikini irəli sürmək niyyətindədir.
“Bu həftə mən BMT-yə sülh danışıqlarının yeni vaxt qrafikini təklif edəcəyəm”, - deyə M.Abbas tələbələr qarşısında çıxış edərkən bildirib.
O qeyd edib ki, İsrail tərəfindən işğalın dayandırılması və Fələstin dövlətinin yaradılmasına 3 il vaxt ayrılmasını təklif etmək niyyətindədir.
M.Abbasın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışı cümə gününə planlaşdırılıb.