Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib. Bu barədə çərşənbə axşamı rəsmi KİV-lər məlumat verir.
Dövlət başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.
İ.Əliyev “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib.
Qəbələyə səfəri çərçivəsində prezident Gilan-Qida Şəhərciyinə gəlib. Dövlət başçısına məlumat verilib ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.
Sonra İ.Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.
Dövlət başçısı Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak edib. O, hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb.
Prezident Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında və Qəbələ Arxeoloji Mərkəzinin açılışında da iştirak edib.
R.Babayev