Hesablama Palatası Ağsu rayon İcra Hakimiyyətində yoxlama aparacaq. Bu barədə Palatanın məlumatında qeyd edilir.
Yoxlamanın məqsədi Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinin auditidir.
Bundan başqa, Hesablama Palatası dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin istifadəsinin audit proqramını təsdiq edib.
Hesablama Palatası Naxçıvan MR büdcəsindən Naxçıvan MR Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsini də yoxlayacaq.
A.Əzizov