Azərbaycanın xalq yazıçısı Elçin (baş nazirin müavini Elçin Əfəndiyev) “Beynəlxalq Kariç qardaşları” mükafatına layiq görülüb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Serbiyada fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınmış, nüfuzlu “Kariç qardaşları Fondu” İdarə Heyətinin qərarı ilə Azərbaycanın xalq yazıçısı Elçin “Ədəbiyyat sahəsində əldə edilmiş yüksək bədii-estetik nailiyyətlərə görə” nominasiyası üzrə “Beynəlxalq Kariç qardaşları” mükafatına layiq görülüb.
Mükafatın təqdimat mərasimi sentyabrın 30-da Serbiyanın paytaxtı Belqrad şəhərindəki Böyük Teatrda keçiriləcək
Elçinin əsərləri mütəmadi olaraq xarici ölkələrdə nəşr edilir.
Yazıçının serb dilində nəşr olunan “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” romanları, eləcə də hekayələri bu ölkənin ədəbi ictimaiyyətinin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.
A.Zeydullayeva