“LUKOIL–Azerbaijan” özünün neft bazasında çənlərin təmizlənməsi və yoxlanılması üzrə işlərin yerinə yetirilməsi üçün açıq tender elan edib. Bu barədə QSC-nin elanında bildirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 2014-cü il oktyabrın 25-nə qədər təqdim etməlidirlər.
Tender proseduru noyabrın 3-də olacaq.
Tenderin qalibi ilə müqavilə 20 təqvim günü ərzində imzalanacaq.
Bundan başqa, "LUKOIL–Azerbaijan" kompüter avadanlığı və proqram təminatının əldə edilməsi üçün tender keçirir. Şirkətlərin tender təklifləri 2014-cü il oktyabrın 24-nə qədər qəbul edilir. Tender proseduru oktyabrın 27-də baş tutacaq. Tenderin qalibi ilə müqavilə 20 təqvim günü ərzində bağlanacaq.
N.Abbasova