“İslam dövləti” qruplaşmasının döyüşçüləri ilə mübarizə illərlə davam edə bilər. Bu barədə Pentaqonun nümayəndəsi Con Kirbi bəyan edib.
“Bilirik ki, bu, çətin olacaq, bütün tərəflər (“İslam dövləti” ilə mübarizə aparan - İF-Az) səy göstərməlidirlər. Hesab edrik ki, söhbət illərdən gedir”, - deyə o BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “İslam dövləti” ilə mübarizə “bir neçə həftə və ya ayın işi deyil”.