Azərbaycan Vergilər Nazirliyi Fransa və İspaniyanın vergi administrasiyaları ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu barədə vergilər naziri Fazil Məmmədov bəyan edib.
Çərşənbə günü Bakıda Avropa İttifaqının (Aİ) “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilib. Layihənin məsləhətçiləri İspaniya və Fransanın vergi administrasiyaları olacaq.
“Biz bu cür Tvinninq layihələrini vacib hesab edirik və İspaniya və Fransanın vergi administrasiyaları ilə daha sıx əməkdaşlıqda maraqlıyıq”, - deyə F.Məmmədov bildirib.
Nazirin sözlərinə görə, o, 2014-cü ilin may ayında Fransada səfərdə olub. “Səfər çərçivəsində bir sıra, o cümlədən Azərbaycan Vergilər Nazirliyinin əməkdaşlarının Fransada uzunmüddətli təhsilinin təşkilinə dair razılıq əldə olunub”, - deyə nazir qeyd edib.
A.Əzizov