Ukraynanın baş naziri Arseni Yasenyuk çərşənbə günü ABŞ-a gedib. Səfərdə məqsəd BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 69-cu sessiyasının tədbirlərində iştirak etməkdir.
Ukrayna hökumətinin saytında verilən məlumata əsasən, çərşənbə günü baş nazirin Xarici Münasibətlər Şurasında çıxışı planlaşdırılıb.
Həmin gün A.Yasenyuk BMT Baş Assambleyasının ümumi debatlarında da çıxış edəcək.