Rusiya çoxdan İraq, Suriya və bir sıra Yaxın Şərq və Şimali Afrika ölkələrinə terrorçuluqla effektiv mübarizə aparmağa imkan verən müasir silahlar tədarük edir. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.
“Biz İraqa, Suriyaya və Misirə, eləcə də Yəmənə müasir silahlar tədarük edirik. Bu silahlar onların terrorçulara qarşı mübarizə qabiliyyətini möhkəmləndirir”, - deyə S.Lavrov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl “Beşinci kanal”a müsahibəsində bildirib.