1979-cu ildə baş vermiş İran inqilabından sonra ilk dəfə olaraq Nyu-Yorkda İran prezidenti Həsən Ruhani və Britaniyanın baş naziri Devid Kemeron arasında görüş keçirilib. Bu barədə Britaniyanın BBC teleradio korporasiyası cümə axşamı məlumat verir.
Britaniya Nazirlər Kabinetinin bəyanatında qeyd edilir ki, hər iki lider görüş zamanı ikitərəfli münasibətlərin yaxşılaşmasına tərəfdar olduqlarını bildirib.
Qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı hərətərəfli sazişin əldə edilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etmək lazımdır.