Rusiya Federasiyası Mərkəzi Bankı “Bank ABB-Moskva” MMC-nin (Azərbaycan Beynəlxalq Bankının törəməsi, ABB) nizamnamə kapitalının 2 mlrd. 110 mln. 426,650 min rubla qədər artırılmasının dövlət qeydiyyatına alınmasına dair qərar qəbul edib. Bu barədə bankın məlumatında qeyd olunur.
Mərkəzi Bank müvafiq sənədləri səlahiyyətli qeydiyyat orqanına göndərib.
Xəbər verildiyi kimi, iyunda bankın səhmdarları kapitalın 1 mlrd. 239 mln. rubl, yəni 2,4 dəfə - 2 mlrd. 110 mln. 426,650 min rubla qədər artırılmasına dair qərar qəbul ediblər.
"Bank ABB-Moskva” "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100%-lik törəmə strukturu kimi 2002-ci ildə təsis edilib. Hazırda bankın şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisindən ibarətdir.
A.Axundov