Bakı avqustun 26-da Qazax rayonu ərazisində saxlanılmış Ermənistan vətəndaşını bu ölkəyə qaytarıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verib.
Məlumatda qeyd edilir ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, saxlanılmış Ermənistan vətəndaşı Sarkis Ananyanı sentyabrın 25-də qarşı tərəfə qaytarıb.
Proses Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində baş tutub.
İnsidentsiz başa çatan proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
F.İsazadə