Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
PEMPAL Proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib. Proqramın məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. Proqram Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin nümayəndələrini birləşdirir.
“Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır”, - deyı Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
A.Axundov