Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərini, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Qəbulda iştirak edən 23 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 107, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.
F.Mehdiyev